2019-cu ilin ilk rübündə Almaniyadan 5613 nəfər deportasiya olunub.
FED.az xəbər verir ki, bubarədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Miqrantların əksəriyyəti İtaliya, Albaniya və Gürcüstana göndəriliblər.
Eləcə də bax: İşləmək üçün xaricə getmək istəyənlərə – 5 VACİB MƏSLƏHƏT
Deportasiya Dublin razılaşmasına əsasən həyata keçirilir. Razılaşmaya görə, miqrantlar Avropa İttifaqı sərhədini ilk keçdikləri ölkəyə sığınacaq almaq üçün müraciət etməlidirlər.
Qeyd edilir ki, ötən il ərzində Almaniyada 24 min insan deportasiya olunub.
Almaniyadan 6 min nəfər - DEPORTASİYA EDİLİB
23:28
12 May 2019