“Qrin-kart”, vətəndaşlıq və ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) digər proqramlarında iştirak üçün müraciətlərin sayı kəskin azalıb. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi Covid-19 pandemiyasının yayılması olub.
Eləcə də bax: Tramp ABŞ-a immiqrasiyanı - İKİ AY MÜDDƏTİNƏ DAYANDIRDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “New York Times” yazır.
Müraciət göndərən insanlardan aldığı rüsumlara güvənən Vətəndaşlıq və İmmiqrasiya Xidməti, maliyyəsi tükəndiyindən yay aylarında müflisləşə bilər.
“Covid-19 pandemiyası ilə əlaqədar olaraq, USCIS-in gəlirləri kəskin şəkildə azalıb”, – agentliyin nümayəndəsi bildirir. Onun sözlərinə görə, sentyabrın 30-da bitəcək cari maliyyə ilinin sonunda USCIS-in gəlirləri 60% düşə bilər.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, koronavirus pandemiyası səbəbindən ölkədə iş qıtlığı fonunda immiqrasiyanın müvvəqəti dayandırılması haqqında fərman imzaladığını açıqlamışdı. Onun sözlərinə görə, bu məhdudiyyət ABŞ-da daimi yaşamaq icazəsi almaq istəyənlərə – “qrin kart”a şamil ediləcək.