ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk 18 ayı ərzində 175 mindən çox əcnəbinin vizası ləğv edilib.
ABŞ 50 ölkənin vətəndaşı üçün viza girovunu - 20 min dollara artırıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvarından etibarən ölkədə qalma şərtlərini pozan, qanun pozuntularına yol verən, ABŞ vətəndaşlarına qarşı zorakılığa çağırış edən, vətəndaşlara qarşı dələduzluqda iştirak edən, immiqrasiya sistemindən sui-istifadə edən və ya milli təhlükəsizliyə təhdid yaradan 175 mindən çox əcnəbinin vizası ləğv olunub.
Məlumata görə, vizaların ləğvi haqqında qərar daimi yoxlamalar nəticəsində qəbul edilib.













