Neftçala Rayon İcra Hakimiyyəti “Neftçala rayonu avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, "R.V, Yol İnşaat" tenderin qalibi olub.
Qalib şirkətlə 469 413 manat məbləğində müqavilə imzalanıb.
"R.V. Yol İnşaat" daha öncə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin 6 014 521 manat dəyərindəki "Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması (ikinci elan)" tenderinin qalibi olub.