Lerik Rayon İcra Hakimiyyəti "Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Avtoyoltikintiservis” MMC olub. Şirkətlə 555 min 044 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsinin 66 min 153 manat dəyərindəki "Tikili və avadanlıqların əsaslı təmiri" tenderi üzrə müqavilə imzlanıb (19.12.2022)