Dövlət Turizm Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində turizm infrastrukturunun yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Rayonda abadlıq işləri - AÇIQ TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında bildirilir ki, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC-dir.
Qalib şirkətə 6 628,1 min manat ödəniləcək.