Tovuz Rayon İcra Hakimiyyəti 2021-ci ildə Tovuz rayonunda abadlıq işlərinin satın alınması məqsədilə açiq tender elan edib.
"Azərsu" 11 milyon manatlıq 17 tenderə yekun vurub - QALİBLƏR - SİYAHI
FED.az xəbər verir ki, elana əsasən tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 80 manatdır.
Əlaqələndirici şəxs- Məmmədov Mübariz Məmməd oğlu, telefon- 050 264-62-48. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddiaçılar “Asan ödəniş et" düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 1 dekabr 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2 dekabr 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir.