Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs “Yeni Klinika” Publik Hüquqi Şəxsi “Mətbəə məhsulları”nın satınalınması üzrə kotirovka sorğusu elan edir.
ANAMA tender - ELAN EDİR
FED.az xəbər verir ki, kotirovka sorğusu üzrə Satınalmada iştirak etmək istəyənlər elan dərc olunan gündən etibarən 28 sentyabr 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 142 ünvanında yerləşən “Yeni Klinika” Publik Hüquqi Şəxsinin Satınalmaların Planlaması şöbəsinə müraciət edə bilərlər.
Kotirovka sorğusu üzrə təkliflərin açılışı 29 sentyabr 2021-ci il saat 10:00-da “Yeni Klinika” Publik Hüquqi Şəxsinin inzibati binasının 1-ci mərtəbəsindəki konfrans otağında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosesində iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Hüseynli Murad (satınalmalar üzrə mütəxəssis).
Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142
Tel.: (+994 12) 505-62-31
Elektron poçt: [email protected].