FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci il tələb оlunan mal və xidmətlərin satınalınması məqsədilə keçirilən tenderə dəvət edir
Tender üç Lot üzrə keçirilir:
Lot 6 - 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalınması;
Lot 7 - Tədbirlər üçün zəruri ləvazimatların satın alınması;
Lot 8 - Lot 7 - Fondun fəaliyyətinin təşkili üçün inventar və avadanlıqların satınalınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisindən ala bilərlər:
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti, 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi.
Tenderdə iştirak haqqı:
Lot - 6 - 85 manat
Lot - 7 - 110 manat
Lot - 8 - 35 manat
Hesab: AZ08CTRE00000000000005547601
VÖEN 1001667391
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
– Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Malgöndərən (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 26 oktyabr 2018-ci il tarixinə qədər tender komissiyasına təqdim etməlidir.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Tağıyevə (telefonlar – 012 538 40 48, 012 537 19 41, 012 537 19 42) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini Azərbaycan dilində, 2 nüsxədə, imzanlanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 8 noyabr 2018-ci il saat 17.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti, 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi ünvanında yerləşən inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 12 noyabr 2018-ci il saat 11.00-da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Yeni il şənliyi üçün – TENDER ELANI
11:10
27 Sen 2018