Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə hibrid minik avtomobillərinin idxalı üzrə kvotaları təsdiqləyib. Yeni məhdudiyyətlər dekabrın 1-dən qüvvəyə minəcək və 200 gün ərzində tətbiq olunacaq.
Çinin avtomobil istehsalçıları Avropada ilk dəfə Yaponiyanı geridə qoydu – Bazar payı 12,7%-ə çatdı
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat verilib.
Məhdudiyyətlərin tətbiqinə hibrid avtomobillərin idxalında qeydə alınan kəskin artım səbəb olub. Bu artım 2024-cü ildə Aİ-nin Çin istehsalı olan elektromobillərə gömrük rüsumları tətbiq etməsindən sonra başlayıb.
Avropa avtomobil bazarının ümumi həcmi artsa da, yerli avtomobil istehsalçıları bazar paylarını itirməyə başlayıblar. Bu vəziyyət onların fəaliyyətini təhlükə altına qoyub.
İllik hesablamaya əsasən, idxal kvotaları ölkələr üzrə aşağıdakı kimi müəyyən edilib:
Çin – 350 min avtomobil (müvəqqəti tədbirlərin qüvvədə olduğu müddət üçün təxminən 191 min avtomobil);
Yaponiya – 310 min avtomobil;
Türkiyə – 230 min avtomobil;
Böyük Britaniya – 190 min avtomobil;
Cənubi Koreya – 105 min avtomobil













