Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən Xocavənd rayonunun müxtəlif ərazilərində fərdi yaşayış evlərinin təmiri ilə bağlı həyata keçirilən satınalmaların nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət ümumi dəyəri 15 milyon 203 min manat olan 6 müqavilə imzalayıb. Satınalmalar "Bir mənbə" metodu ilə həyata keçirilib.
Qalib şirkətlər və görüləcək işlər aşağıdakı kimidir:
"Nakhısh" MTK – Xocavənd rayonunun Tuğ qəsəbəsi üzrə fərdi yaşayış evlərinin təmir işləri. Müqavilənin dəyəri 4 milyon 298 min manat təşkil edir.
"Qarabağ Enerji Təchizat" MMC – Kiş kəndində fərdi yaşayış (50 ev - 8415 m2) evlərinin təmir işləri. Müqavilənin dəyəri 2 milyon 941 min manat təşkil edir.
"Kapital-İnşaat" MMC – Cütcü kəndində fərdi yaşayış (40 ev - 7600 m2) evlərinin təmiri. Müqavilənin dəyəri 2 milyon 652 min manat təşkil edir.
"AZ.SKTT" MMC – Xocavənd şəhərində fərdi yaşayış (30 ev – 5700 m2) evlərinin təmir işləri. Müqavilənin dəyəri 1 milyon 993 min manat təşkil edir.
"AZCİS" MMC – Xocavənd şəhərində fərdi yaşayış (30 ev - 5700 m2) evlərinin təmiri. Müqavilənin dəyəri 1 milyon 989 min manat təşkil edir.
"Everest Qrup" MMC – Qarazəmi kəndində fərdi yaşayış (20 ev - 3800 m2) evlərin təmir işlərinin satın alınması. Müqavilənin dəyəri 1 milyon 329 min manat təşkil edir.











