"Sosial Xidmətlər Agentliyi" PHŞ tərəfindən Pirallahı rayonu ərazisində Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi məqsədilə qeyri-yaşayış obyektinin icarəsi xidmətinin satın alınması üzrə elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi Afət Aydın qızı Yusifova (VÖEN: 1406599102) olub. Müqavilənin dəyəri 20 min 960 manat təşkil edir. Ehtimal olunan qiymət isə 25 min 779 manat idi.
Qeyd edək ki, Afət Yusifova sözügedən Agentliklə uzunmüddətli əməkdaşlıq edir. O, 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin nəzdində Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili üçün obyekt icarəsi üzrə əvvəlki illərdə keçirilən tenderlərin də qalibi olub.
Fiziki şəxslə imzalanan əvvəlki müqavilələr aşağıdakı kimidir:
24.12.2024-cü il tarixində – 24 960 manat.
11.12.2023-cü il tarixində– 24 960 manat.
Ümumilikdə tərəflər arasında bu obyektin icarəsi ilə bağlı 70 880 manatlıq müqavilələr imzalanıb.










