FED.az xəbər verir ki, "Xalq Sığorta" təkrarsığorta və anderraytinq şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
İş yeri: Bakı
Əmək haqqı : 1400 AZN (Gross)
Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
• Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
• Dil bilikləri - Azərbaycan, ingilis dillərinin mükəmməl səviyyədə olması,rus dili arzuolunandır;
• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
• Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Sığorta şərtlərini müəyyən etmək;
• Sığorta və təkrarsığorta müqavilələrinin hazırlanması;
• Şirkət daxildən şöbəyə göndərilən riskləri qiymətləndirmək
• Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
• Gündəlik və aylıq hesabatları düzgün aparmaq, rəhbərliyə təqdim etmək;
• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta və anderraytinq şöbəsinin baş mütəxəssisi) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
"Xalq Sığorta" işçi axtarır - VAKANSİYA
20:00
4 Noy 2019