Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu gün ümumi dəyəri 27 milyon manatdan çox olan üç tender elan edib. Tenderlər təhsil və məktəbəqədər müəssisələrdə müxtəlif təmir, abadlıq və kommunal-kommunikasiya işlərinin həyata keçirilməsini əhatə edir.
Qışa hazırlıq yaydan başladı, təhsil ocaqlarının istilik təchizatı üçün - 9 MİLYON XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, birinci tenderə əsasən, respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 7.428.982,88 AZN təşkil edir. Müsabiqənin dərc edilmə tarixi 07 may 2025, saat 16:30, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 11 iyun 2025, saat 17:00-dır. Müsabiqədə iştirak haqqı 1.500 AZN müəyyən edilib. Əlaqələndirici şəxs Baş mütəxəssis Salahova Nuranə-Gülgündür ([email protected], +994 12 465 73 48).
İkinci tender respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərini əhatə edir. Bu layihənin ehtimal olunan dəyəri 9.907.601,42 AZN olaraq göstərilib. Müsabiqə 07 may 2025, saat 15:41 tarixində dərc olunub. Təkliflərin qəbul müddəti 10 iyun 2025, saat 16:00-da başa çatır və zərflərin açılışı da eyni vaxtda keçiriləcək. Müsabiqədə iştirak haqqı bu tenderdə də 1.500 AZN-dir. Əlaqələndirici şəxs isə Baş mütəxəssis Quliyev Zülfiqardır ([email protected], +994 12 465 73 48).
Üçüncü tender isə respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işlərini əhatə edir. Tenderin ehtimal olunan dəyəri 9.785.089,53 AZN təşkil edir. Müsabiqə 07 may 2025, saat 15:19 tarixində dərc edilib. Təkliflərin təqdim olunması və zərflərin açılışı 11 iyun 2025, saat 09:00-a təyin olunub. Burada da iştirak haqqı 1.500 AZN-dir. Əlaqə üçün yenə Baş mütəxəssis Quliyev Zülfiqar nəzərdə tutulub.
Bu üç tenderin ümumi ehtimal olunan dəyəri 27.121.673,83 AZN-dir. Tenderlərə maraq göstərən təşkilat və şirkətlərin müəyyən olunmuş tarixlərə qədər sənədləri təqdim etmələri tələb olunur.