Rusiya ilə Ukrayna arasında müharibənin və qarşılıqlı hücumların davam etməsinə baxmayaraq, bir neçə xarici şirkət Ukraynada infrastrkuturu bərpa etməyə başlayıb.
Ukraynanın işğal olunmuş ərazilərinin faiz nisbəti - AÇIQLANDI
Trendyol Ukrayna bazarına daxil olmağa hazırlaşır
FED.az xəbər verir ki, Avstriya, Almaniya, Danimarka və Türkiyədən olan şirkətlər Ukrayna infrastrukturunun bərpası üçün işə başlayıb.
Təkcə Türkiyənin inşaat şirkətləri iki il ərzində təxminən 1 milyard dollar dəyərində 70 layihə həyata keçirib.
«Bloomberg» agentliyi məlumat yayıb ki, türk şirkətləri böyük müqavilələr üçün rəqabət başlayanda üstünlük əldə etmək ümidi ilə körpüləri və yolları bərpa edir, elektrik generatorları və mobil xəstəxana bölmələri təmin edir.
Qeyd olunur ki, türkiyəli inşaat podratçıları iki il ərzində ümumi dəyəri təxminən 1 milyard dollar olan 70 layihə həyata keçirib.
Alman və Avstriya şirkətləri Ukraynada infrastruktur və müdafiə zavodlarını bərpa edir; Danimarka isə Nikolaevdəki gəmiqayırma mərkəzini bərpa etmək üçün 130 milyon dollar bağışlayıb.
Almaniyanın «Rheinmetall AG» şirkəti fevral ayında Ukraynada 155 mm-lik artilleriya mərmilərinin istehsalı üçün zavod yaratmaq planlarını açıqlamışdı.
Tikinti materialları istehsalçısı «Fixit» şirkəti ötən ildən Ukraynanın qərbində yeni istehsal müəssisəsi inşa edir, kimya şirkəti «Bayer AG» isə toxum istehsalına sərmayə qoyub.
Agentliyin fikrincə, hərbi əməliyyatlar bir çox planların həyata keçirilməsinə mane ola bilər, çünki bəzi obyektlər vurula bilər.
Bu sahədə başqa bir problem - işçi qüvvəsinin axtarışıdır, insanların səfərbərliyi ilə bağlı kifayət qədər insan yoxdur.
Qeyd edək ki, Ukraynada davam edən müharibə böyük dağıntılar və insan itkiləri ilə yanaşı, həm də gələcəkdə böyük bərpa tikinti işləri və iri tenderlər deməkdir. Artıq Qərb siyasətçiləri Ukraynanın bərpası üçün tələb olunacaq məbəlləri açıqlamağa başlayıblar.
2022-ci ildə Avropa İnvestisiya Bankının rəhbəri Verner Hoyer bildirib ki, Ukraynanın bərpa planı 1 trilyon dollara başa gələ bilər.