Dövlət Turizm Agentliyi müxtəlif tarixlərdə keçiriləcək sərgilər zamanı sərgi stendenin quraşdırılması ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “2023-cü ilin 20-22 noyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması” tenderinin qalibi “Azinterexpo” MMC olub.
Şirkətlə 110 280 manat məbləğində müqavilə imzalanıb.
***
“2023-cü ilin 26-29 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması” tenderinin qalibi “Vitam” MMC olub.
Şirkətlə 171 521 manat məbləğində müqavilə imzalanıb.