Fed.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018-ci il üçün istilik enerjisinin (odunun) satınalınması ilə əlaqədar AÇIQ TENDER elan edir. Tender 1 (bir) lot üzrə keçirilir.
Lot - 1. İstilik enerjisinin (odunun) satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun, yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Ərəmxan Məmmədov,
telefon: 02225-6-09-35.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 246.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 200 manatdır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: Baş Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ 79CTRE00000000000002160619
VÖEN: 9900000001
Bank: Baş Dövlət Xəzinədarlığı
Kod: 210005
VÖEN: 1400108191
M/h:AZ41NABZ013600000000003944
SWIFT BIK CTRE AZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 23 iyul 2018-ci il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı ilə birlikdə 2 avqust 2018-ci il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tender komissiyasına təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların tender zərfləri Gəncə Şəhər Təhsil İdarəsinin mərkəzi mühasibatlığında 3 avqust 2018-ci il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Təhsil Nazirliyinin qurumu tender elan edir
11:06
27 İyun 2018