Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi nazirliyin şəbəkə infrastrukturuna, eləcədə təhsil müəssissələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin təhsilverənlərin işə qəbulu müsabiqəsi zamanı İKT avadanlıqlarına texniki dəstək (1), elektron resursların və elektron dərsliklərin satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Eləcə də bax: Təhsil Nazirliyinin idarəsi 3 milyon manatlıq texniki dəstək - ALIR
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Azedunet” və “Edumedia Azərbaycan” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 2,838 milyon manat və 1,292 milyon manat, ümumilikdə isə 4,13 milyon manat ödəniləcək. (Report)