Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi kommunal-kommunikasiya işləri və təmir işləri ilə bağlı 2 tendere yekun vurub .
FED.az xəbər verir ki, “Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması” tenderin qalibi “CTC Servis” MMC olub.
Qalib şirkətə 1 058 852 manat ödəniləcək.
***
“Respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin kommunal-kommunikasiya işlərinin satınalınması” tenderinin qalibi “S.H. İnşaat Xidməti” MMC olub.
Qalib şirkətə 1 146 507 manat ödəniləcək.