“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ (VÖEN: 8600208181) tender elan edib.
Şuşada 3 binanın bərpası - 3 MİLYON MANATA BAŞA GƏLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Şuşa şəhərində yerləşən abidələrin bərpa konservasiyası (3-cü mərhələdə 3 memarlıq abidəsi) üzrə işlərin satınalınması nəzərdə tutulur. Bu çərçivədə Zöhrabbəyovların yaşayış evi, Qara Böyük Xanım Bürcü, Çuxur məhəllə məscidi konservasiya olunacaq. Tenderin ehtimal olunan qiyməti 4 milyon 206 min manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Babək Kərimli - Satınalma sektrounun müdiri /
[email protected] / +994 70 203 05 20













