Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi PHŞ (VÖEN: 8600208181) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Şuşa şəhərində yerləşən abidələrin bərpa konservasiyası (4-cü mərhələdə 3 memarlıq abidəsi) üzrə işlərin satınalınması nəzərdə tutulub. Bu çərçivədə Kəblə Məhəmmədin evinin, Hacıquluların Malikanəsinin, Qasım bəy Zakirin evinin bərpası nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 2 milyon 939 min manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Babək Kərimli - Satınalma sektrounun müdiri / [email protected] / +994 70 203 05 20













