“Azərişıq” ASC “Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.
4 rayonda elektrik şəbəkəsinin yenidən qurulmasına 7 milyon - XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “SMCS” MMC olub.
Qalib şirkətlə 2 069 439 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “SMCS” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərli Etibar oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan, ev 70, m. 19 ünvanında yerləşir.