“Azərişıq” ASC “Biləsuvar rayonu Ağalıkənd, Yuxarı Cürəli, Masallı rayonu Babasər, Cəlilabad rayonu Ləkin və Saatlı rayonu Kamallı, Hacıqasımlı kəndləri ərazisində 10 kV-luq hava xətlərinin, KTM-in və 0,4 kV-luq elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Xocavənd rayonunda 8 milyona yarımstansiya tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Pover” QSC olub.
Qalib şirkətə 6 981 443 manat ödəniləcək.
Qeyd edək ki, “Smart Pover” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bahadur Baxışev Camal oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev giriş 1, ev 201, m. 1 yerləşir.