“Su İdman Sarayı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1701859441) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində inşaat materiallarının, alətlərin və santexnik mallarının satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 212 min 842 manatdır.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Elman Zeynalov - Təchizat və təsərrüfat şöbəsinin müdiri / [email protected] / +994 50 670 91 91
Şərtlərə görə, iddiaçılar təkliflərini 29 aprel 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “Su İdman Sarayı” MMC ötən il də inşaat materialları və alətlərin satın alınması ilə bağlı tender keçirmişdi. Həmin tenderin qalibi “Güvən Lux” MMC (VÖEN: 1405867401) olmuşdu. Tərəflər arasında 194 min 508 manatlıq satınalma müqaviləsi bağlanmışdı.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Sement 40 kq |
M 400 |
150 |
ədəd |
|
2 |
Mata 25 kq |
25 kq kisə |
400 |
ədəd |
|
3 |
Qum |
Qara |
15 |
m(3) |
|
4 |
Otsep |
Otsep |
20 |
m(3) |
|
5 |
Emulsiya 25 lt ağ rəng |
Daxili istifadə üçün |
200 |
ədəd |
|
6 |
Blok kərpic |
30x20x20 |
250 |
ədəd |














