Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bir mənbədən satınalma metodu ilə ofis sahələrinin icarəsi məqsədilə 3 müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar çərçivəsində bağlanan müqavilələrin detalları aşağıdakı kimidir:
İbrahimov Niyazi İdris oğlu (VÖEN – 2305329352) ilə 18 700 manat məbləğində;
Yusifov Tahir Yusif oğlu (VÖEN – 7002011492) ilə 10 485 manat məbləğində;
Ucar rayon Bələdiyyəsi (VÖEN – 7400037541) ilə 5 568 manat məbləğində müqavilə bağlanıb.
Ümumilikdə ofis sahələrinin icarəsi xidmətləri üçün 34 753 manat vəsait ayrılıb.












