Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Sosial Dəstək Mərkəzi "2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması" açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.
Çatdırılma yeri - Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 31
Çatdırılma müddəti - Xidmətlər “30” dekabr 2023-cü il tarixinədək həyata keçirilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əlavə redaksiya olunubsa bütün nüsxələr təqdim olunmalıdır), iddiaçının qeydiyyatdan keçdiyi ölkə, iddiaçının rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının (bağlanmış müqavilələrin skanı), təcrübəsinin, texniki imkanlarının (vergi orqanlarında uçota alınmış qeyri yaşayış obyekti barədə məlumat), işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Auditor xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziya
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Tural Əlibəyli, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 051 - 240 - 45 - 41