Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi «Şirvan şəhərində yolların əsaslı təmiri» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC olub. Şirkətlə 578 min 543 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Zərdab Rayon İcra Hakimiyyətinin 599 min 238 manat dəyərindəki “Yolların təmiri” (22.11.2022) tenderini qazanıb.