“Azərişıq” ASC “Sabirabad rayonu, Qaratuğay və Ətcələr kəndləri ərazisində 10 və 6 kV-lıq hava xəttinin,KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” və “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Astanlı, Aşağı Qaramanlı, Dördlər kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi “Bakımexanizasiyanəqliyyat” MMC olub.
Şirkətlə bu tender üzrə 3 milyon 785 min 769 manat dəyərində müqavilə imzalanıb.
İkinci tenderin qalibi "Smart Energy Services" MMC olub. Həmin şirkətlə 3 milyon 795 min 198 manat dəyərində müqvailə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 7 milyon 580 min 967 manat təşkil edir.