Şəki Suvarma Sistemləri İdarəsinin "Çay məcralarında tənzimləmə və sahilbərkitmə məqsədi ilə məcraların sıyrılması, mühafizə bəndlərinin möhkəmləndirilməsi işlərinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni - Tender müsabiqəsində malgöndərənin təqdim etdiyi ərizələrin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbindən.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.