Səhiyyənin Təminat Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda xəstəliklərin profilaktikası üçün istifadə olunan qripə qarşı peyvəndin satınalması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1008078521
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası. Bakı şəhəri, AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Müsabiqənin başlama tarixi və vaxtı: 30.09.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.10.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 31.10.2023 12:00
Ödəniş şərtləri - İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 bank günündən gec olmamaq şərti ilə ödənilməlidir
Çatdırılma yeri - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 5
Çatdırılma müddəti - 30 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
“Tender iştirakçısının komplekt anket" Forması;
Tender predmeti ilə bağlı malgöndərənin lazım bildiyi digər sənədlər
malgöndərənin (podratçının) son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (arayış 2023-cü ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir;)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Leyla Qarayeva, Satınalmalar şöbəsinin mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994772011202