Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqları ilə təchizatı üzrə "Arash Medical Company" MMC ilə iki müqavilə imzalayıb. FED.az Dövlət satınalmaları reyestrinə istinadən xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir.
Nazirlik tərəfindən alınmış avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək.
Səhiyyə Nazirliyi 6 milyonluq müqaviləni bu şirkətə verdi
10:17
23 May 2019