Şirvan Şəhər İcra Hakimiyyəti “Abadlıq işlərinin” satınalınması üzrə açıq tender elan edir.
Qida Təhlükəsizliyi İnstitutu kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, malların (iş və xidmətlərin) qısa müddətdə təhvil verilməsi, malgöndərənin (podratçının) aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Əlaqələndirici şəxs: Mustafayev Məharət Məhbus oğlu
Əlaqə telefonu: (021) 215 11 11
Ünvan: Şirvan şəhər İstiqlaliyyət prospekti 10
Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot-1 “Abadlıq işlərinin” satınalınması
Maraqlananlar tenderin Əsas Şərtlər Toplusunu (ƏŞT) (ƏŞT Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba dövlət satınalmalarının vahid internet portalında “Asan ödəniş” sisteminə keçid edərək iştirak haqqını 500.00 (Beş yüz) manat məbləğində vəsaiti aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
Şirvan Şəhər İcra Hakimiyyəti
13 saylı Regional Xəzinədarlıq İdarəsi
H/H: AZ27CTRE00000000000002513002
VÖEN: 2100029711
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
SWİFT. BİK CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas Şərtlər Toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
4.4. Vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
4.5. Malgöndərən (podratçı) tərəfindən işçilərinin sayı və lazımi texniki imkanlarının olması barədə məlumat;
4.6. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4.7. İddiaçıların son 2 (iki) il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumat.
Malgöndərənlər (podratçılar) qeyd olunan sənədləri, öz tender təkliflərini və bank zəmanətini elanda qeyd olunan tarix və vaxta kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
LOT-1 “Abadlıq işləri” üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 03 sentyabr 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı sənədlərinin isə 13 sentyabr 2021-ci il saat 17:00-a qədər portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri 14 sentyabr 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.