Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Qida təhlükəsizliyi” dövri jurnalının və konsaltinq kataloqunun nəşri xidmətlərinin satın alınması üçün kotirovka sorğusu elan edir.
450 fərdi ev tikiləcək - 29,3 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
• iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
• iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə müvafiq sənəd;
• iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrin sayı 1 və daha çox olmalıdır.
QEYD: satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb möhürlənmiş şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 73C nömrəli ünvana 25 avqust 2021-ci il saat 15.00-dək təqdim olunmalıdır.
Maraqlanan təşkilatlar (012) 3770020 (daxili 524) nömrəli telefonla əlaqə saxlaya bilərlər.