Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda müxtəlif avadanlığın alınması nəzərdə tutulur.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştırak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prodedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar Portal tərəfindən müəyyən edilən məbləğdə iştirak haqqını müvafiq hesaba köcürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə ala və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. İddiaçının nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
2. İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
4. İddiaçının rekvizitləri (iddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiqli təqdim edilməlidir);
5. İddiaçının tender təklifi (təklif zərflər açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
6. İddiaçının tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (sənəd müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir);
8. Sahibkarlıq subyektinin bölgüsü barədə arayış (Dövlət Statistika Komitəsindən alınmalıdır. Arayışın notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.);
9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayışın əslinin skan edilmiş surəti təqdim olunmalıdır. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);
10. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi (analoji işlərdə yerinə yetirdiyi müqavilələr barədə məlumat), texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığının olması barədə təsdiqedici sənədlər (sənədlərin əslinin skan edilmiş surətləri təqdim edilməlidir);
11. İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd (sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir);
12. İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Arayış müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);
13. İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış (Arayış müvafiq dövlət orqanı tərəfindən təsdiq olunmuş qaydada və ya elektron formada alındıqda notarial qaydada təsdiq olunmuş qaydada təqdim edilməlidir. Tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir.);
14. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış (Daxili İşlər Nazirliyi və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluq ilə bağlı arayış, tender elan olunduğu tarixdən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir).
15. Azərbaycan Respublikasının qanunları ilə iqtisadi əlaqələr yaradılmasına icazə verilməyən və Tenderin məlumat xəritəsində göstərilən ölkələrdən olan malgöndərənlər (podratçılar) istisna olmaqla, mikro, kiçik və orta sahibkarlıq subyektləri, bu tenderdə iddiaçı kimi iştirak edə bilərlər. Tender təklifində təklif olunan malların, işlərin və xidmətlərin, eyni zamanda müqavilənin icrası ilə əlaqədar istifadə olunacaq avadanlıqların, alətlərin və köməkçi materialların mənçəyinin Tenderin məlumat xəritəsində göstərilən ölkələr olması qadağandır.
16. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14.08.2023 15:00 tarixə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.08.2023 15:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.08.2023-cü il tarixdə saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.