Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 5000044431
Satınalan təşkilatın ünvanı : abran şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 39
Müsabiqənin başlama tarixi və vaxtı : 13.09.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 04.10.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 12.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı : 13.10.2023 10:00
Ödəniş şərtləri : Büdcədə təyinatı üzrə nəzərdə tutulmuş vəsait hesabına
Çatdırılma yeri : Şabran şəhəri
Çatdırılma müddəti : 20 dekabr 2023-cü il tarixinədək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumatı arayış növündə tam şəffaf olaraq təqdim edilməlidir
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (Lot üzrə Son müqavilə və işlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı və ya ən sonuncu forma 3)
İddiaçının kadr imkanlarının olması
Müqavilənin icrası, eyni zamanda işlərin yerinə yetirilməsi üçün istifadə olunması nəzərdə tutulan avadanlıqlar haqqında aşağıdakı cədvəldə verilmiş göstəricilər üzrə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Rəşad Əmrahov , Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini
Email: [email protected]
Əlaqə telefonu: 023-353-23-41