Sabirabad Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci il üçün şəhər 4 saylı uşaq bağçasının əsaslı təmiri işlərinin satınalınması üzrə kotirovka sorğusu elan edir.
Kənd Təsərrüfatı Nazirliyi tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, iddiaçılar kotirovkada iştirak edə bilmək üçün 05 oktyabr 2021-ci il saat 17:00-dək müvafiq sənədləri bağlanmış və möhürlənmiş ikiqat zərfdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (Sabirabad şəhəri, İ.Qayıbov küçəsi-39) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifi 06 oktyabr 2021-ci il tarixdə saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.