Şuşa rayon İcra Hakimiyyətinin 3 tenderini də bir şirkət udub.
Eləcə də bax: İcra hakimiyyətidən 2,8 milyon manatlıq – TENDER MÜQAVİLƏSİ
FED.az xəbər verir ki, tenderlərin qalibi "KİRS" FİRMASI olub. Tenderin ümumi məbləği 299 min 567 manat olub. İcra Hakimiyyəti şirkətlə Ağdam rayonu ərazisində yerləşən Şuşa rayonunun Mirzələr qış yataqlarında ara yollarının carı təmiri üçün 99 min 979 manat; Mirzələr qış yatağında və Şuşa rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdığı müvafiq ərazidə digər zəruri tədbirlərin həyata keçirilməsi üçün 99 992 manat; Mirzələr qış yataqlarının təmir və abadlıq işləri üçün 99 min 596 manat müqavilə bağlayıb.