Biləsuvar rayon İcra Hakimiyyəti “Cənub Təmir Tikinti -1” MMC 2,8 milyonluq tender müqaviləsi bağlayıb.
Eləcə də bax: Dövlət qurumu reklama başlayır - 3 MİLYON MANATDAN BÖYÜK TENDER
FED.az xəbər verir ki, İcra Hakimiyyətinin “Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov küçəsinin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması işləri (Lot-1)” üzrə keçirilən tenderinin qalibi “Cənub Təmir Tikinti -1” şirkəti olub. Tenderin məbləği 2 milyon 855 min 9 manat təşkil edib.