Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Rabitəinşaat" ASC olub. Müqavilənin ümumi dəyəri 9 milyon 726,7 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 10 milyon 37,9 min manat idi.
Şirkət bundan öncə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə elan edilmiş açıq tenderin qalibi olub. Müqavilənin ümumi dəyəri 1 milyon 4,8 min manat olub.
Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.











