"Azərsu" ASC idarəetmə struktruna daxil olan idarə, müəssisə və təşkilatlarda çap işlərinin fasiləsizliyinin təmin olunması üçün printer avadanlıqlarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Nazirlik cari təmir işləri üzrə - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, 565 872 manatlıq tenderin qalibi "Ultra Technologies" MMC olub.
Xatırladaq ki, "Ultra Technologies" MMC bundan əvvəl "Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tabeliyində Satınalmaların Təşkili Və Müqavilələrin İcrasına Nəzarət" MMC-nin İP telefoniya avadanlıqlarının satın alınması üzrə 9 058 manatlıq tenderini qazanıb (01.08.2022).