"Azəristiliktəchizat" ASC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda kiçik və orta diametrli boruların və digər avadanlıqların (dirsək, siyirtmə), iri diametrli boruların və onların dirsəklərinin (D 630 9mm, D 720 9mm), müxtəlif şəbəkə nasoslarının satınalınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700531291
Satınalan təşkilatın ünvanı: AZ1123, Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 3,
Müsabiqənin başlama tarixi və vaxtı: 14.07.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 31.07.2023 11:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından alınmış arayış
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Bank rekvizitləri
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış
“Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması”
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi”
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti
Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr təcrübəsi üzrə - Tikişli və tikişsiz polad boru malların satınalması üzrə minimum 3 milyon manatdan yuxarı yerinə yetirilmiş müqavilə və təhvil təslim aktları (müqavilələr, təhvil təslim aktları) təqdim etməlidir
“Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat”
“Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması”
Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları, malların alınması nəzərdə tutulan xarici podratçı ilə olan müqavilələr və tikişsiz borular üzrə laborotor sınağ aktı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nicat Nuraliyev, satınalmalar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 077 419-02-06
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.