"Azərişıq" ASC açıq elan edir.
FED.az xəbər verir ki, elanda Qubadlı rayonu ərazisində yerləşən 117,3 HA üzümçülük sahəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-lərin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 9900069391
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065
Müsabiqənin başlama tarixi və vaxtı: 28.09.2023 11:40
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.10.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 30.10.2023 15:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri : Qubadlı rayonu
Çatdırılma müddəti : İlin sonunadək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış, sahibkarklıq kateqoriyası haqqında məlumat ;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsinindən təqdim edilmiş sənəd ;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar ;
İddiaçının Analoji (elektrik verilişi xətləri, transformator məntəqələrinin quraşdırılması ) işlər üzrə Baş podratçı qismində iştirak etdiyi 3 000 000 (üç milyon) manat məbləğindən az olmayaraq ən azı 3 layihəni uğurla icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər (müqavilə, obyektin istismara qəbul aktı və ya təsdiq olunmuş Forma 2) təqdim edilməlidir.
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazə.
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat ;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Namik Heybətov , Şöbə rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012 440 39 93 (daxili 92-19)