"Azərbaycan Dəmir Yolları" QSC-nin iki tenderi ləğv olunub.
FED.az xəbər verir ki, Lot 1: "Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində stansiyalar daxil olmaqla mövcud kontakt şəbəkənin yenilənməsinin tamamlanması işləri, Ucar və Bakı arasında rabitə-işarəvermə sisteminin layihələndirilməsi və yenidən qurulması" və Lot 2: "Biləcəri-Yalama dəmir yolu xəttində enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi və yenidən qurulması işləri"nin satın alınması üzrə məhdud iştiraklı tender metodu tətbiq edilməklə 05.03.2020-ci il tarixində keçirilmiş satınalma müsabiqəsinin davamından "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən imtina olunmuş və satınalma müsabiqəsi baş tutmamış hesab edilmişdir.
Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Əlaqələndirici şəxs: Tender Komissiyasının katibi Tayfun Qüdrətli; tel: (+994 12) 499-48-71