Beyləqan Suvarma Sistemləri İdarəsinin iki tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv olunan tenderlər "Maşın mexanizmlərin ehtiyat hissələrinin satın alınması" və "Beyləqan rayon Kəbirli kənd ərazisində P-5-6 LR-100 nov kanalının (PK05-PK15) üzərindəki qurğularla birlikdə əsaslı təmir işləri" tenderləridir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.