"Azerbaijan Rigs" MMC (VÖEN – 1402550251) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti 2025-ci il üzrə MHBS-ə uyğun hazırlanmış maliyyə hesabatlarının, Mənfəət Vergisi Bəyannamələrinin auditinin aparılması və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 78 min 175 manat təşkil edir.
Tender 7 noyabr 2025-ci il, saat 12:31-də dərc olunub. Təkliflərin təqdim olunma müddəti 3 dekabr 2025-ci il, saat 23:00-da başa çatır. Zərflərin açılışı da 3 dekabr 2025-ci il, saat 23:00-da keçiriləcək.
İştirak haqqı 156 manat 35 qəpik, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduğu hallarda satınalma baş tutmadığı istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Əlaqələndirici şəxs – Leyla Mütəllimova, inzibati köməkçi.
E-poçt: [email protected]
Telefon: +994 50 230 04 78
İddiaçılar təkliflərini 3 dekabr 2025-ci il, saat 23:00-a qədər Bakı şəhəri, Heydər Əliyev prospekti 152, “Çinar Plaza”, AZ1029 ünvanına təqdim edə bilərlər.













