"Azəralüminium" MMC-nin iki tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv olunan tenderlər "“Qaz33023” markalı yük maşını və müxtəlif markalı minik avtomobilləri üçün ehtiyat hissələrinin satın alınması" və "GƏNCƏ - ÇORLU, ÇERKEZKÖY, TEKİRDAQ (İSTANBUL), EDİRNE, ADANA, BRZEZNA MARŞRUTU ÜZRƏ ALÜMİNİUM KÜLÇƏ VƏ ALÜMİNİUM ƏRİNTİLƏRİ YÜKÜNÜN DAŞIMASI (410 YÜK MAŞINI)" tenderləridir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.