"Azəralüminium" təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda elektroliz təknələrinin əsaslı təmiri üçün tələb olunan katod blokları (dib, künc, yan) və dib kütləsinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 11.07.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 02.08.2023 14:00
Hesab nömrəsi: AZ36İBAZ40040019446110810255
Bankın adı: ABB Gəncə filialı
Bankın kodu: 509352
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 990001881
Swift kodu: İBAZAZ2X
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Gəncə şəhəri, Yevlax şosesi 53, AZ2000
Çatdırılma müddəti - 180 gün
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Sofiya Aşirova, Aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 050 273 13 45
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Soyuq dib kütləsi |
Elektroliz təknələrin ara tikişlərin toxçalanması üçün |
240 |
ton |
2 |
Elektroliz təknələrin təmiri üçün künc bloku |
590x(207+306)/2x120 (mm) |
69 |
ton |
3 |
Elektroliz təknələrin təmiri üçün yan blok |
350x590x80 silikon |
107 |
ton |
4 |
Elektroliz təknələrin təmiri üçün dib bloku |
450x515x3320 mm |
618 |
ton |
5 |
Elektroliz təknələrin təmiri üçün yan tənzimləyici blok |
320x590x120 mm |
21 |
ton |
6 |
Elektroliz təknələrin təmiri üçün yan tənzimləyici blok |
138x590x120 mm |
9 |
ton |