"Azəralüminium" MMC bir-birinin ardınca 10 tender müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, qalib şirkətlər siyahısında Çİn, Türkiyə, İtaliya və Gürcüstan şirkətləri də var.
Aşağıdakı cədvəldə qalib şirkətlər, tenderlər və onların məbləği göstərilib.
S/n |
Qalib şirkət və VÖEN |
Tenderin adı |
Məbləğ |
1 |
"Azmədənistehsal" MMC 1005287081 |
30 tonluq əritmə sobalarının əsaslı təmiri üçün çuqun plitələrin satın alınması |
44 991 |
2 |
Aydınlar Refrakter San. Tic. A.Ş 1160013612 (Türkiyə) |
30 tonluq əritmə sobasının əsaslı təmirinin tamamlanması üçün əlavə odadavamlı materiallar |
40 422 |
3 |
"Danieli Automation S.P.A C.F. E P.IVA 00162990303 (İtalya) |
Soyuqyayma dəzgahının texniki keyfiyyət göstəricilərinin yaxşılaşdırılması |
9 360 |
4 |
hanghai Richstone Supply Chain Management Co., Ltd 31050178360000000052 (ÇXR) |
elektroliz təknələrinin əsaslı təmiri üçün tələb olunan odadavamlı materialların satınalınması |
112 812 |
5 |
Changsha E-HU Machinery & Electronics Technology Co., LTD 589 857 368 111 |
82 ton polad katod millərinin (70x180x2065, E185) satınalınmas |
132 430 |
6 |
“Greatbuild Trading Co. Ltd” 847621200000953 |
Metal Tökmə və Fasiləsiz Yayma Zavodunun külçə konveyeri üçün ehtiyyat hissələrin satınalınması |
72 326 |
7 |
Serchem İndustrial Lubricants LLC 415098557 (Gürcüstan Respublikası) |
Alüminium lövhələrin yayılması üçün yağlayıcı soyuducu mayenin satınalınması |
297 075 |
8 |
"Khazar Trading Company " MMC 1202254411 |
Nasos və nasosların ehtiyyat hissələrinin (rotor, işçi təkər, val, qoruyucu oymaq, fənər həlqəsi, mufta və rezin elementləri, kipgəc gövdəsi, istiqamətləndirici disk və mexaniki kipgəclər) satınalınması |
54 950 |
9 |
"Technoil" MMC 1502846911 |
Hidravlika, mühərrik və sürtgü yağlarının satınalınması |
172 014 |
10 |
"Zrm Bearing" 1903536601 |
Müxtəlif növ yastıqların satınalınması |
124 530 |
YEKUN: 1 060 910 |