"Aqroservis" təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda mineral gübrənin ölkəyə gətirilməsi və Cəmiyyətin yerli bölmələrinə çatdırılması üçün logistika xidmətinin satın alınması nəzərdə tutulur.
Müsbaiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700382471
Satınalan təşkilatın ünvanı: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes mərkəzi, bina 1, mərtəbə 4
Müsabiqənin başlama tarixi və vaxtı: 13.07.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 28.07.2023 11:00
Hesab nömrəsi: AZ91AIIB38070019443500231102
Bankın adı: Kapital Bank Mərkəz filialı
Bankın kodu: 200026
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 1700382471
Swift kodu: AIIBAZ2XXXX
Ödəniş şərtləri - Müqavilə üzrə avans ödəniş nəzərdə tutulmur. Müqavilə üzrə ödəmələr malların (işlərin və xidmətlərin) hər hissəsi sifarişçi tərəfindən tam qəbul edildikdən sonra 15 bank günü ərzində həmin hissənin dəyəri icraçıya ödənilməklə həyata keçirilir.
Çatdırılma yeri - Yerli qurumlar
Çatdırılma müddəti - 3 ay ərzində tələbata uyğun olaraq, sifariş verildiyi gündən ən geci 5 gün müddətində yerinə yetirilməklə
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət
Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
Dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN)
Bank rekvizitləri
Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)
Vergi orqanı tərəfindən təqdim olunmuş malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış
Təklifin dəyərinin 1 %-i həcmində bank təminatı
İxtisas göstəriciləri: İddiaçının gübrələrin daşınması üçün sərəncamında ən azı 20 nəqliyyat vasitəsi olmalı və ya istifadə etməsi üçün həmin sayda nəqliyyat vasitələrinə malik olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin
Həsənov
Email: [email protected]
Əlaqə telefonu: 0502344792
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Nitroammofoska gübrəsinin Rusiya-Azərbaycan sərhədinin Samur stansiyasından ölkə ərazisinə gətirilməsi və Cəmiyyətin yerli bölmələrinə çatdırılması üçün logistika (yükləmə, boşaltma, daşıma, sənədləşmə və idxal gömrük rəsmiləşməsi işlərinin (rüsum və məcburi ödənişlər sifarişçinin hesabına olmaqla) icrası) ilə bağlı xidmətlər - Miqdar - 4012 ton