Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi tenderin qalibini elan edib.
MİDA tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması Respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Səbirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "MAC Construction" QSC olmuşdur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi qalibə 29 milyon 323 min 213 manat ödəyəcək.